ABŞ-da hava limanına enər-enməz həbs edilən əslən Cənubi Azərbaycandan olan iş adamı Rza Zərrabı mafiya vəkili müdafiə edəcək. ANS PRESS-in məlumatına görə, ötən ay Mayamidə həbs edilən Zərrab bu gün məhkəməsinin olacağı Nyu Yorka aparılıb. Zərrabın hüquqlarını bu məhkəmədə həm də "ulduzların vəkili" adı ilə tanınan Benjamin Brafman müdafiə edəcək.

Rza Zərrabı "mafiyanın vəkili"i müdafiə edəcək

Rza Zərrab Mayamidə həbs olundu

Amerika Federal Təhlükəsizlik Bölüyünə aid xüsusi bir avtobus ilə nəql edilən Zərrab 8 saatlıq yoldan sonra gecəni Florida ştatındakı həbsxanada keçirib. Mayami və Nyu York arasındakı məsafə avtomobillə heç bir yerdə dayanmamaq şərti ilə 24 saatdır. Zərrabın isə gündə ən çoxu 8 saat yol qət edəcəyi gözlənilir. Hər dəfə fasilə veriləndən sonra türkiyəli iş adamı başqa bir nəql avtobusu ilə yoluna davam edəcək. Nyu Yorka çatana kimi onun azı 4 fərqli həbsxanada qalacağı bildirilib.

67 yaşlı vəkil tanınmış bir sıra mafiya liderlərinin də müdafiəşisi olub. Brafman son olaraq 2011-ci ildə təcavüz iddiaları ilə həbs edilən Beynəlxalq Valyuta Fondunun keçmiş pezidenti Dominik Stross Kannı müdafiə edib.

Rza Zərrab həbs olunarkən
Rza Zərrab həbs olunarkən

Brafman ilk dəfə hip-hop ulduzu olan Şon Combsun məhkəməsi ilə adını mşhurlaşdıra bilib. Belə ki, silah daşıma, rüşvət, hücum ittihamları ilə qarşı -qarşıya olan ulduz onun sayəsində bəraət edib.

Vəkil həmçinin dünya şöhrətli müğənni Beyonsun əri, repper Jay-Z-ni həbsdən azad edib. Jay-z 1999-cu ildə bir gecə klubunda tanışını bıçalamışdı. Bunun müqabilində isə o cəmi 3 il şərti cəza alıb.

"Ulduzların vəkili"nin ən məşhur müştəriləridən biri isə heç şübhəsiz ki, pop kralı Maykl Cekson olub. Cekson Brafman və digər vəkili Mark Geragos sayəsində uşaqlara qarşı seksual xarakterli hərəkətlərlə bağlı açılan cinayət işindən xilas ola bilmişdi.

"New York Times" adıçkilən vəkili hiyləgər və qərarlı bir şəxs kimi təqdim edib. "Onun hakimlərə təsir etmək sahəsində xüsusi bir qabiliyyəti var". Qəzet Brafmanın özündənrazı, əsəbi və heç kimdən üzr istəməyən biri kimi xarakterizə edib.

Maykl Ceksonu həbsdən azad edən vəkil
Maykl Ceksonu həbsdən azad edən vəkil
Rza Zərrabın məhkəməsi ləğv edildi
Rza Zərrabdan Ebru Gündəşə müraciət: "Onu gətirmə"
Ebru Gündəş ABŞ-da tutulan əri ilə bağlı qərar verdi