Göyçayda və Şəkidə gənclər üçün treninqlər təşkil edilib

Göyçayda və Şəkidə gənclər üçün treninqlər təşkil edilib
21:33 20 Fevral 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Bakı Biznes Tədris Mərkəzinin Göyçay, Yevlax və Şəki nümayəndəliklərinin təşkilatçılığı, eləcə də yerli icra hakimiyyətlərinin dəstəyi ilə Göyçayda və Şəkidə gənclər üçün treninqlər keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, treninqlərdə biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, prioritet biznes istiqamətləri, elektron ticarət və bu sahədə beynəlxalq təcrübə barədə iştirakçılara məlumat verilib.
Treninq iştirakçıları, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumatlandırılıblar.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar olub, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_ve_Sekide_gencler_uchun_treninqler_teskil_edilib-833834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR