Ən sürətli Alpina - VİDEO

Ən sürətli Alpina - VİDEO
21:42 20 Fevral 2015
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

İki həftə əvvəl dərc edilmiş Alpina XD3 Biturbo videosu BMW X3 modelini bütün əzəməti ilə əks etdirir. Dünyada X3 üçün hələ ki, “M” versiyası mövcud olmadığından Alpina məhsuluna nəzər yetirməmək mümkün deyil.
 
XD3 modelinin əsasında artıq baza komplektasiyasında 313 at güclü 3 litrlik biturbodizel mühərrik sayəsində imkanları olduqca geniş və dinamik krossover BMW X3 xDrive35d durur. O yerindən 100 km/saat sürətlənməni 5,3 saniyəyə həyata keçirir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Alpina onun gücünü 350 at gücünədək, fırlanma anını 700 Nm –dək artırıb. Nəticədə yerindən sürətlənmə müddəti 0,4 saniyə azalıb. Bu isə Alpina XD3 modelinin dünyada ən sürətli turbodizel krossover olmasına imkan verib. Müqayisə üçün qeyd edək ki, benzinlə çalışan Audi SQ5 bu göstərici üzrə nəticəsi 5,1 saniyədir.
 
Xarici görkəm baxımından heç bir sual yoxdur. Müştəri daha premial XD3 üçün əlavə pul ödəyərsə heç də səhv etmiş olmayacaq. Bəs əlavə ödəniş nə qədərdir? Avropada Alpina 69 100 avroya, yəni xDrive35d modelinə nisbətn 12 400 avro, Porsche Macan S Diesel modelinə nisbətən isə 10 658 avro baha olacaq.
 
Milli.Az

Videonu izləmək üçün şəkillərə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR