Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub

23:37 20 Fevral 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 23:31 ]

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 20-də şəhərin Heydər Əliyev prospektində baş verib. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Vasif Nəsirov yolu keçmək istəyən şəhər sakini, 1943-cü il təvəllüdlü Sədaqət Hacı qızı Hacıyevanı vurub.

 

Qadın ağır vəsiyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Kəllə beyin travması və ayağında sınıq xəsarəti alan S. Hacıyeva reanimasiya şöbəsinə köçürülüb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirilər. Hadisəyə səbəb kimi hava şəraitinin pis olması göstərilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.                                                                               


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR