APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
“Ukraynanın şərqinə sülhməramlıların yeridilməsi məsələsinə toxunan Baş katib qeyd edib ki, BMT bununla bağlı Təhlükəsizlik Şurasının hər hansı qəbul etdiyi qərarı rəhbər tutacaq. Eyni zamanda, Pan Qi Mun Donbasdakı vəziyyətdən narahatlığını ifadə edib və Minsk razılaşmalarının yerinə yetirilməsinə ümid etdiyini vurğulayıb”, deyə Düjarrik bildirib.
Milli.Az