Güllə atıcılığı üzrə turnir keçiriləcək

00:33 21 Fevral 2015
54 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Xocalı faciəsinin ildönümü ilə əlaqədar 2007-ci ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında güllə atıcılığı üzrə “Mahir nişançı” adlı turnir keçirilir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilən soyqırımı qurbanlarının xatirəsini anmaq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etməkdir. Gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərilməsi, eyni zamanda, güllə atıcılığı idman növünün geniş təbliğ edilməsi də layihənin əsas məqsədlərindəndir.
Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyi Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə fevralın 21-də C.Naxçıvanski adına Hərbi Liseydə güllə atıcılığı üzrə turnir keçirəcək.
Turnirdə 27 ali və orta ixtisas təhsil müəssisəsindən 100-dən artıq tələbənin iştirakı nəzərdə tutulub.
Turnirin qalibləri nazirlik tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gulle_aticiligi_uzre_turnir_kechirilecek-833858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR