A+
A–

Sumqayıt, 18 aprel, Ətrabə Rzyaeva, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhər təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə “Tullantilara ikinci həyat” layihəsi çərçivəsində keçirilən “Tullantilarin idarəedilməsinə dair ekoloji maarifləndirmə” müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın Ekologiya İdarəsi, Təhsil Nazirliyi, Sumqayıt Regional Ekologiya İdarəsi nümayəndələrinin iştirak etdiyi tədbirdə Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Emilya Səfərəliyeva tədbirin məqsəd və qayəsi haqqında məlumat verib. Qeyd olunub ki, şəhərin bütün ümumtəhsil məktəblərinin şadirdlərinin qatıldığı müsabiqədə 25 layihə yarımfinala vəsiqə qazanıb, onlardan 13-ü isə finalda iştirak etmək hüququ əldə edib.
Tədbirdə finala vəsiqə qazanmış 13 layihənin hər birinin elektron versiyasının təqdimatı keçirilib. Regional Ekologiya İdarəsinin, “Azərikimya” İB-nin, Sumqayıt Dövlət Universitetinin, “Azərsun” Holdinqin, şəhər təhsil şöbəsinin və KİV nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti bütün təqdimatları diqqətlə dinlədikdən sonra ümumi rəy əsasında qalibləri müəyyən edib. Təqdimatın ən yaxşı texniki tərtibatı və ən yaxşı məruzəçi nominasiyaları üzrə ilk üç yerə layiq görülən qaliblər mükafatlandırılıb.
Tədbirdə iştirak edən qonaqlara “Azərikimya” İB tərəfindən dibçəklərdə həyat və sağlamlıq rəmzi olan şam ağacı hədiyyə edilib.
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
AZERTAG.AZ :Sumqayıtda ekoloji maarifləndirmə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sumqayıtda ekoloji maarifləndirmə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sumqayıtda ekoloji maarifləndirmə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sumqayıtda ekoloji maarifləndirmə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sumqayıtda ekoloji maarifləndirmə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sumqayıtda ekoloji maarifləndirmə müsabiqəsinin qalibləri mükafatlandırılıb