Paytaxtda bıçaqlanma hadisəsi baş verib - FOTO

Paytaxtda bıçaqlanma hadisəsi baş verib - FOTO
07:37 21 Fevral 2015
297 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 07:32 ]

Bakı. Fərahim Qasımov-APA. Gecə saatlarında paytaxtın Xətai rayonu, NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, Keşlə qəsəbə sakini  28 yaşlı Elmar Musayev kafelərin birində yeyib içdikdən sonra tanımadığı şəxslə mübahisə etməyə başlayıb. Nəticədə  Elmar Musayev   hələlik adı istintaqa məlum olmayan şəxs  tərəfindən bıçaqlanıb. Bel nahiyəsindən iki  bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub.

 

Xəstəxanadan  verilən məlumata görə,  hazırda yaralının vəziyyəti orta ağırdır. Xətai  Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin  əməkdaşları cinayəti törədərək hadisə yerindən qaçan  şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.  Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR