"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-da yaşayan ermənilərin hər il olduğu kimi bu ildə aprelin 24-də qondarma "erməni soyqrımı"nın növbəti il dönümü ilə əlaqədar Türkiyə səfirlyinin binası qarşısında etraz aksiyası keçirəcəyi gözlənilir.
İnformasiyaya əsasən, ermənilərin Türkiyə diplomatik missiyasının binasına zərər verməsinin qarşısı almaq üçün ABŞ-dakı türklər səfirliyin qarşısında gecə-gündüz növbə çəkirlər.
ABŞ-da yaşayan türklər də aprelin 24-də Ağ evin qarşısına toplaşaraq, ermənilərin əsassız iddialarına qarşı Türkiyənin Vaşinqtondakı səfirliyinin binasının qarşısınadək yürüş keçirəcəklər. Yürüşə ABŞ-ın bir çox yerlərindən minlərcə türkün qatılacağı gözlənilir.
Qeyd edək ki, bu tədbirdə ABŞ-da yaşayan Azərbaycan türkləri də iştirak edir.
