A+
A–

Bişkek, 20 aprel, AZƏRTAC
Qırğızıstan Milli Elmlər Akademiyasında böyük filosof və şair Yusif Balasaqunun 1000 illiyi ilə əlaqədar Bişkekdə qırğız dilində çap edilən “Kuttuu bilim” (Kutatqu-bilik) kitabının təqdimatı olub.
Tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Kitabı qırğız dilinə yazıçı Toloqon Kozubekov tərcümə edib.
Qırğızıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Abdıldajan Akmataliev deyib ki, “Kutatqu-bilik” əsəri türkdilli xalqlara məxsus nadir nəşrlərdən biridir. Əsər Qırğızıstan Prezidenti Almazbek Atambayevin dəstəyi ilə çap edilib. Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Kutadqu-bilik" poeması ədəbiyyat tarixində xüsusi yer tutur. Poemanın adını "Səadət biliyi", "Bəxtiyarlıq sənəti", "Xoşbəxtliyə aparan elm" kimi çevirmək olar. Bu əsər türk dilində əruz vəznində yazılmış ilk poemadır.
Yusif Balasaqun böyük dilçi, ensiklopedik alim Mahmud Qaşqarlının müasiri olub.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
AZERTAG.AZ :Bişkekdə böyük filosof və şair Yusif Balasaqunun “Kuttuu bilim” kitabının təqdimatı olub