Balaxanı zibilliyində silah-sursat aşkarlanıb

13:02 21 Fevral 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 13:00 ]


Bakı. Hafiz Heydərov – APA. Balaxanı zibilliyindən silah-sursat tapılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər” ASC-yə məxsus ərazidə döyüşə yararsız 2 ədəd pnevmatik tapança, 1 ədəd alışdırıcısız “F-1” qumbarası, 1 ədəd patron darağı və 195 ədəd müxtəlif çaplı patron aşkar edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR