Qaradağ rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib

Qaradağ rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib
15:43 21 Fevral 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Qaradağ Rayon İcra Hakimiyyətində bu rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib.
Görüşdə icra hakimiyyətinin başçısı Süleyman Mikayov Xocalı soyqırımının Azərbaycanın və ümumiyyətlə bəşər tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu deyib. Qeyd edib ki, Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı zəbt etmək məqsədi ilə apardığı işğalçılıq siyasətinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir. İcra başçısı bu faciənin dünyada tanıdılması istiqamətində dövlətimiz tərəfindən aparılan məqsədyönlü işlərdən söhbət açıb.
Çıxış edən Xocalı sakinləri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradag_rayonunda_meskunlasmis_Xocali_sakinleri_ile_gorus_kechirilib-833950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR