Abşeronda oğurluq faktı qeydə alınıb. Vətəndaşın yeni tikdirdiyi mənzildən elektrik kabelləri oğurlanıb.
Abşeron rayonunun Hökməli qəsəbəsində özünə ev tikən Cəlal Əzimova tikdiyi evin içindən elektrik naqillərinin kəsilib aparılmasını evdə suvaq işləri görən usta Amil Qasımov xəbər verib. Məlum olub ki, oğru evə pəncərədən daxil olub. Zərərçəkmiş Cəlal Əzimov deyir ki, evdən təkcə elektrik naqilləri oğurlanmayıb. Tikintidə istifadə edilən alətlər də aparılıb.
Milli.Az Region TV-yə istinadən xəbər verir ki, yaxınlıqda ev tikən Şahin Axundov da kabellərinin oğurlanmasından şikayətlənib. Zərərçəkən deyir ki, oğru onun da evinə eyni üsulla, yəni pəncərədən daxil olub.
Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, yeni tikilən evlardən oğurluq edən şəxsin və yaxud da şəxslərin müəyyənləşdirilərək yaxalanması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

