Volkswagen yeni offrouderi nümayiş etdirdi - FOTO

Volkswagen yeni offrouderi nümayiş etdirdi - FOTO
20:05 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Volkswagen şirkəti Passat universalın yolsuzluq versiyası – Passat Alltrack modelini nümayiş etdirib. Dünya avtomobil ictimaiyyəti yeni modellə daha yaxından Cenevrə avtosalonunda tanış ola biləcəklər. Avtomobilin Avropa bazarına çıxışı bu il payızın əvvəllərinə nəzərdə tutulub.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni Volkswagen Passat Alltrack yolsuzluq versiyasının standart modeldən əsas fərqi onun 27,5 mm artırılmış klirensə sahib olmasıdır. Bundan başqa avtomobil 4Motion tam ötürmə sistemi, modernizə edilmiş asqı, yeni disklər, bamperlər üçün əlavə qoruyucu və kəndarlarda plastic üstlüklərlə təchiz edilib. Avtomobilin salonu dəri və alkantara ilə üzlənib.
 
Eco, Normal və Sport standart rejimlərinə Alltrack versiyasında Off Road rejimi də əlavə edilib. Mühərrik sırasına 150 və 220 at güclü benzin və 150-240 a.g. diapazonda üç ədəd dizel mühərriki daxildir.
 
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR