Axşam.az "Günün menyusu"nu təqdim edir:
Düyü salatı
Ərzaqlar:
Düyü - 2 kasa
Yaşıl noxud - 1 kasa
Yaşıl soğan - 1 ədəd
Cəfəri - ½ dəstə
Gavalı turşusu - 8-10 ədəd
Qarğıdalı dənəsi - 1 kasa
Limon suyu
Zeytun yağı, duz, pul bibər
Hazırlanması:
Təzə soğanı, cəfərini və gavalını xırda doğrayın. Yaşıl noxud və sonra dənələnmiş qarğıdalını da əlavə edib bütün vəsaitləri qarışdırın və limon suyu əlavə edin. Bişmiş düyünü qaba əlavə edin və ardından qarışdırdığınız vəsaitləri üstünə tökün.

Portağallı keks
Ərzaqlar:
Un - 1 st.
Şəkər tozu - 1 st.
Yumurta - 2 ədəd
Portağal şirəsi - 1st.
1 portağalın qabığı
1 vanil
1 ç.q. qabartma tozu
Kərə yağı - 200 qr.
Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın. Yumurta sarılarını şəkər tozu və vanillə çalın, una əlavə edin.
Un və qabartma tozunu birlikdə ələyin. Portağal qabığını sürtgəcdən keçirib bura qatın. Xəmirə yarım stəkan portağal şirəsi əlavə edin, qarışdırın. Yumurta ağlarını möhkəm çalın, səliqə ilə xəmirə əlavə edin. Xəmir çox qatı olmamalıdır. qabı kərə yağı ilə yağlayın, xəmiri içinə tökün. 180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Hazır olduqdan sonra isti halda üzərində kəsiklər edib şirənin qalanını da keksin üzərinə tökün.

Hansı içkini, hansı yeməklə içmək olar
· Ağ şərabı üzərinə pomidor əlavə olunmuş makaronla
· Göbələkdən hazırlanan yeməkləri meyvəli şərablarla, likorla
· Quzu əti ilə olan yeməkləri spirti və ətiri az olan şərabla