Silahlılar 90-dək uşağı girov götürüb

Silahlılar 90-dək uşağı girov götürüb
22:22 21 Fevral 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Sudanın şimalında silahlılar 89 oğlan uşağını girov götürüblə
 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT Uşaq Fondunun (YUNİSEF) məlumatında bildirilir.
 
Məlumata görə, 12-13 yaşda olan uşaqlar Yuxarı Nil əyalətinin inzibati mərkəzi Malakal şəhəri yaxınlığındakı Vau Şiluk yaşayış məntəqəsində girov götürülüb.
 
Silahlılar qəsəbəni mühasirəyə alaraq bütün evlərdə axtarış aparıblar və girov götürdükləri uşaqları zorla naməlum istiqamətdə aparıblar.
 
Hüquq müdafiəçilərinin məlumatına görə, Cənubi Sudanda silahlılar oğurladıqları uşaqları nökər və ya döyüşçü qismində istifadə edirlər.
 
Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/42511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR