Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxış edir. ANS PRESS-in məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyədə 3 milyon miqrant var.

"Dostlar buna görə bizə təşşəkür edir. Biz bu vaxta qədər qaçqınlara 15-20 milyard pul xərcləmişik, bəzi qərb dövlətləri kimi qaçqınlara qapımızı bağlamamışıq. Biz məzlumlara və zalımlara səsimizi çatdırmalıyıq. Mədəniyyətlər ittifaqının fəaliyyətini davam etdirməsi üçün siyasi və maliyyə dəstəyini göstərməyə davam edəcəyik".

Ərdoğan deyib ki, yeni nəsillərə daha gözəl gələcək qoymaq üçün səsimizi indidən yüksəltməliyik. “Bu Forumda iki gün ərzində veriləcək mesaj çox önəmlidir. Bu gün məsumların gözü Bakıdadır, burada qəbul ediləcək bəyannaməni gözləyirlər”.

"Biz məzlumlara və zalımlara səsimizi çatdırmalıyıq"

Ərdoğan Bakıya gəldi, Əliyevlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Bakıya işgüzar səfərə gəlib.
Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olub. Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb.
Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulanıb və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Bakıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda işgüzar səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə birgə şam ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdadır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdadır