İlham Zəkiyev dünya kubokunu qazandı (VİDEO)

İlham Zəkiyev dünya kubokunu qazandı (VİDEO)
07:41 22 Fevral 2015
90 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarında iştirak edən ikiqat paralimpiya çempionu, İlham Zəkiyev bütün rəqiblərini üstələyərək yarışın qızıl medalını qazanıb.

ANS PRESS-in məlumatına görə, 100 kiloqramdan artıq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz yarımfinalda rusiyalı, finalda isə yaponiyalı idmançı, London Paralimpiya Oyunlarının qalibi Masaki Kentonu üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu Ramil Qasımov da bütün rəqiblərinə qalib gələrək dünya kuboku yarışlarının qalibi olub. Milli komandamızın üzvü Səbinə Abdullayeva (57 kq) final görüşündə məğlub olaraq gümüş medalla kifayətlənib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=327529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR