Bakıda baş verən dəhşətli yanğında ata və iki oğlu yanaraq ölüb

11:42 22 Fevral 2015
144 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 11:34 ]

Uşaqlardan birinin 7, digərinin 5 yaşı var

Bakı – APA. Bakının Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət, ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Qeyd edək ki, ölənlərin ata və onun oğulları olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR