Lənkəranda iki evdə yanğın olub

11:57 22 Fevral 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 11:51 ]


Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki fərdi yaşayış evində yanğın baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, birinci hadisə fevralın 22-də saat 5.00 radələrində Lənkəran şəhər sakini, 1977-ci il təvəllüdlü Vüqar Ayılağa oğlu Quliyevə məxsus evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın lokallaşdırılsa da, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı  aynabənddən ibarət yaşayış evinin dam örtüyü və iki otağı içindəki məişət avadanlıqları ilə birlikdə 60 kv.m sahədə yanaraq yarasız vəziyyətə düşüb.

 

İkinci yanğın hadisəsi isə bu gün saat 6.55 radələrində rayonun Velədi kənd sakini, 1955-ci il təvəllüdlü Həsənəli Əziz oğlu Hüseynova məxsus evdə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin hadisə yerinə cəlb olunan 2 yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli, 8 otaqlı evin birinci mərtəbəsinin 1 otağında məişət əşyaları yanaraq yararsız hala düşüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR