Güclü qar səbəbindən Qubanın bəzi ucqar dağ kəndlərinə gedən yollar bağlanıb

12:22 22 Fevral 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Fevral 2015 12:18 ]

Quba. Vəli Turan – APA. Şimal bölgəsinə yağan qar Quba rayonun bəzi yaşayış məntəqələrinə gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xınalıq, Buduq, Zeyid, Haput, Əlik və Cek kəndlərinə gedən yollar bağlanıb. Quba rayon 6 saylı Yol İstismar İdarəsindən APA-nın yeli bürosuna verilən məlumata görə, Xınalıq yolunda hazırda hərəkəti təmin etmək üçün texnika işləyir.

 

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, fevralın 22-si səhər saatlarına olan məlumata görə, ən çox yağıntı Qubanın Təngəaltı kəndinə düşüb.

 

Burada qarın hündürlüyü 40 sm-dir.

 

Qarın qalınlığı Quba şəhərində 19 sm, Susayda 38 sm, Rükdə 35 sm, Xınalıqda 22 sm-dir.

 

Ən aşağı temperatur Xınalıqda qeydə alınıb. Burda mənfi 13 dərəcə şaxtanın olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR