Elnurun qalib olduğu gecə Gökhan niyə getdi?

Elnurun qalib olduğu gecə Gökhan niyə getdi?
13:22 22 Fevral 2015
133 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Gökhan Özoğuz dünən Quruçeşmədə bir kafedən çıxarkən görünüb.

Axşam.az-ın gecce.com-a istinadən məlumatına görə, sənətçi çox gərgin bir dövrü arxada qoyduğunu söyləyib:
 
""O səs Türkiyə" məni bitirdi, indi istirahət vaxtıdır".

Özoğuz Ebru Gündeşin yarışçısı Elnur Hüseynovun birinci olduğu üçün studiyanı tərk etdiyinə dair çıxan xəbərləri təkzib edib:

"Final günü mən çox yorğun idim. Qalibin adı açıqlanan kimi studiyadan çıxdım. Ebru ilə aramızda əsla problem ola bilməz".

Qeyd edək ki, iddiaya görə, azərbaycanlı müğənni E.Hüseynovun qələbəsinə əsəbləşən G.Özoğuz Ebrunu təbrik etməyərək studiyanı tərk edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/325989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR