Qar bir kəndi təcrid etdi (FOTO)

Qar bir kəndi təcrid etdi (FOTO)
18:41 22 Fevral 2015
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Aramsız yağan qar cənub bölgəsində xüsusui ilə Cəlilabadda geniş fəsadlar törədib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun ucqar dağ kəndlərində vəziyyət daha da acınacaqlıdır. Hazırda rayon ərazisində ən çox qar dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Buravar kəndinə düşüb.

Kənd ərazisində qarın hündürlüyü 1 metrə çatıb. Artıq 3 gündür ki, kəndi rayon mərkəzi ilə birləşdirən yol bağlıdır. Kəndə hər hansı texnika hərkət edə bilmir. Əksər rabitə və elektrik xətləri qırılaraq yerə düşüb. Hazırki saatlara kimi kənd işıqsız qalıb. Elektirik xətlərinin qırılması səbəbindən kənd ilə mobil rabitə də kəsilib.

Hazırda ətraf aləmdən təcrid olunmuş kənd sakinləri kömək gözləyirlər.







Mənbə
ANS PRESS: Rəhman Məlikov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR