İsveçrədə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı aksiya 

19:08 22 Fevral 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+


Bern, 22 fevral, AzərTAc.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Ölkənin paytaxtı Bern şəhərinin mərkəzi meydanında XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı ilə əlaqədar aksiya təşkil edilib.
Aksiyada Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Üzərində “Xocalıya ədalət !”, “Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, “Biz torpaqlarımızın azad olunmasının tələb edirik” kimi şözlər yazıldığı transparantların və ermənilərin qəddarcasına qətlə yetirdikləri Xocalı şəhidlərinin fotolarının əks olunduğu lövhələrin nümayiş etdirildiyi aksiyada Azərbaycan və Türkiyə diasporunun təmsilçiləri, İsveçrədə təhsil alan tələbələrimiz “Dağlıq Qarabağ bizimdir!”, “Xocalı bizimdir!”, “Erməni işğalçılarına ar olsun!”, “Ermənistan işğalçı dövlətdir”, “Şəhidlərimizin qanı yerdə qalmayacadır!” və digər şüarlar səsləndiriblər.
Aksiyada çıxış edən İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov bildirdi ki, Azərbaycan xalqının ən ağrılı və qanlı səhifələrindən biri olan Xocalı soyqırımı artıq hamımızın yaddaşında həkk olunub. Hər il biz erməni vəhşiliyinin qurbanı olan Xocalı şəhidlərinin xatirəsini yad edirik.
Bu il Xocalı soyqırımının baş verdiyi amansız hadisələrdən 23 il ötsə də, silahlı ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən qardaşlarımızı və bacılarımızı, günahsız uşaqları unuda bilmirik və unutmağa haqqımız da yoxdur. Onlar əsrlər boyu xalqımıza qarşı düşmənçilik siyasəti yeridən ermənilərin soyqırımına məruz qalıblar.
Faciənin əsl səbəbkarlarının bu gün belə cəzasız qaldıqlarını və Ermənistanda yüksək vəzifələrdə olduqlarını xatırladan Q.Nəsirov dünya ictimaiyyətinin hadisələrə seyrçi münasibət bəsləmələrindən, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsinə siyasi qiymət verilməməsindən bütün azərbaycanlıların təəssüf hissi keçirdiyini vurğulayıb. O, qeyd edib ki, istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda yaşayan və doğma vətənini qəlbən sevən hər bir azərbaycanlı Ermənistanın işğalçı dövlət olmasını, xalqımıza qarşı etnik təmizləmə siyasət aparmasını, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə və yaşadıqları ölkələrin sakinlərinə çatdırmalıdır. Bu, hər birimizin vətəndaşlıq borcudur.
Tədbir zamanı yerli sakinlərə və qonaqlara Xocalı soyqırımından ətraflı bəhs edən vərəqlər paylanıb.
İki saat davam edən aksiyanın sonunda üzərində “Fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi” sözləri yazılan qara rəngli yüzlərlə şar havaya buraxılıb.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Bern

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvechrede_Xocali_faciesinin_23_cu_ildonumu_ile_bagli_aksiya_-834076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR