Şirkətin ilk turniri Radisson Blue Hotel"də baş tutacaq. Vaxtilə "Baku Fires"də və Azərbaycan millisindəki çıxışları ilə tanınan, hətta 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Soltan Migitinov "Flash Team"in üzvü Petros Ananyanla üz-üzə gələcək. Latviyada yaşayan həmyerlimiz Zaur Sadıxov isə gənclər arasında dünya çempionu Lendruş Akopyanla qarşılaşacaq. V.Məmmədovun rəhbərliyi altında daha bir erməni - Andranik Qriqoryan da çıxış edir. Onun rəqibi isə Vladislav Davidaytis olacaq.
V.Məmmədov azərbaycanlı və ermənistanlı boksçular arasındakı döyüşlərdə siyasi məzmun axtarmağa gərək olmadığını bildirib: "Bu, təmiz idmandır. Hətta təxribatdırsa belə, dinc xarakterlidir. Qoy, bütün mübahisələr rinqdə həll olunsun və qonq zərbəsi ilə yekunlaşsın".
Qeyd edək ki, gecənin əsas qonağı 2004-cü ildə Mayk Taysonu nokauta salmış ingiltərəli boksçu Denni Uilyams olacaq.