Zərbə o qədər güclü olub ki, "İnter Arena"da təcili yardım maşını birbaşa meydana daxil olub. Həkimlər dili qatlanan təcrübəli hücumçunu ayıltmağa müvəffəq olublar. Əliyev maşına mindirildikdən sonra xəstəxanaya göndərilib.
Baş hakim Ömər Paşayev isə "Sumqayıt"ın qapısına penalti təyin edib. Nika Kvekveskirinin ilk zərbəsini Səlahət Ağayev qaytarsa da, təkrar zərbə dəqiq olub. Bu qol sayəsində "İnter" məğlubiyyətdən xilas olub - 2:2.