Nümayişçilər maskada olub və "hamı polisə nifrət edir" deyə qışqıraraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf müxtəlif predmetlər tullayıb. Bəzi nümayişçilər isə "qaçqınlarla həmrəylik" şüarını səsləndirib. Etiraz edən kütləni dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, aprelin 22-nə keçən gecə buna qədər "Stalinqrad" dəmir yol stansiyası yaxınlığındakı körpünün altında çadırlarda yaşayan miqrantlar Jean-Jaures liseyinə yerləşmişdi. Onların əksəriyyəti Əfqanıstan, Sudan, Yəmən, Somali və Eritreyadan gələnlərdir. Mayın 2-də polis üçüncü dəfə lagerin təxliyəsini həyata keçirib. Ümumilikdə 1600-dən çox adam evakuasiya edilib.