Məktəbli qızları şikəst etdilər - FOTO

Məktəbli qızları şikəst etdilər - FOTO
12:12 23 Fevral 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

16 yaşlı Şanqita Maqar və 15 yaşlı Sima Basnet hospitaldadırlar. Onlar məktəbdə olarkən naməlum şəxsin hücumuna məruz qalıblar.
 
Milli.Az AsiaOne-a istinadən bildirir ki, məktəbin dəhlizində oturmuş qızların qarşısında qəflətən peyda olan maskalı gənc əlindəki plastik butulkalardakı kimyəvi turşunu Şanqita və Simanın üzünə atıb.
 
Turşu yeniyetmə qızların simalarını, qollarını, sinələrini və ayaqlarını yandırıb.
 
"Bu maskalı cinayətkarı axtarırıq. İlkin versiyaya görə, cinayət qisas məqsədilə törədilib", - polis zabiti Naran Hadka söyləyib.
 
Şanqitanın valideynləri isə söyləyirlər ki, qızı məktəbin tibb otağına aparsalar da, ona 5 saat ərzində təcili tibb yardım göstərilməyib.
 
Milli.Az




 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/326071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR