37 yaşlı mütəxəssis bildirib ki, çempionatın bu mərhələsinə gələn bütün komandalar çox güclüdür: "Çünki final mərhələsinə vəsiqə qazanmaq çətindir. Üstəlik, nəzərə almaq lazımdır ki, burada çox sürpriz komandalar olacaq. Çempionatda ilk dəfə Azərbaycanla Bosniya və Herseqovina milliləri də iştirak edir. Qaydalara əsasən, 16 ölkənin iştirakı belə komandaların da final mərhələsinə qatılmaları üçün üstünlük qazandırır. Bu turnir onlara lazımi təcrübə qazandıracaq".
C qrupunda yer alan İngiltərə millisi ilk görüşünü mayın 6-da İsveçə qarşı keçirəcək. S.Kuperin fikrincə, bütün rəqiblər güclüdürlər: "Qrupumuzda zəif komanda yoxdur. İsveç, Fransa və Danimarka ilə çətin oyunlarımız olacaq".
Qeyd edək ki, İngiltərə millisi Bakıya aprelin 29-da gəlib.