Bakıda qazancı qadın bədənindən çıxan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Rəfiqə Mansurovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi məlum olub.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Mansurova tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az