"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya Xairici İşlər Nazirliyinin sözçüsü Martin Şefer Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti şərh edərkən bildirib.
"ATƏT-ə sədrlik edən ölkə kimi hər iki tərəfi yeni gərginliyin yaranmasından yayınmaq üçün bütün imkanlardan istifadə etməyə çağırırıq", - M.Şefer vurğulayıb.
O, əlavə edib ki, rəsmi Berlin münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu və üç həmsədrin səylərini dəstəkləyir.