Məşhur yazıçı və dramaturq Salam Qədirzadənin rəsmi saytının http://salamqadirzade.az təqdimatı olub.

Milli.Az-a verilən məlumata görə, yazıçının 60-80 illərdə bestsellerə çevrilən əsərləri bu gün də sevilə-sevilə oxunur, həyatı sevməyə, onun hər anını qiymətləndirməyə çağırır.

Yazıçının gündəliyindən sitat: "Başqalarının kədərini, sevincini onlardan da artıq yaşamayan yazıçı əsl sənətkar ola bilməz". Salam Qədirzadə əsl sənətkar idi.

Sayta daxil olub, Salam Qədirzadənin yaradıcılığı, foto və video-arxivlə ilə tanış ola, bir sıra əsərləri yükləyə bilərsiniz.

Kitablarının elektron formata çevrilməsi üzrə işlər davam edir və tədricən bütün əsərlər saytda yer alacaq.

Milli.Az