Kasilyasdan daha bir ilk

Kasilyasdan daha bir ilk
13:47 23 Fevral 2015
66 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 24-cü turunda "Elçe"yə qarşı matç "Real"ın qapıçısı İker Kasilyas üçün əlamətdar olub.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki,  təcrübəli qolkiper bu oyunla ölkə çempionatında 500-cü matçına çıxıb. Bununla o, La Liqada ən çox oynayan 7-ci futbolçu olub. Bu göstəricidə ilk pillədə Andoni Subisarretadır (622 matç).
 
İ.Kasilyas həmçinin bir klubla ölkə çempionatında 500 matç oynamış ilk qapıçı olmağı bacarıb.
 
Qeyd edək ki, "Elçe" - "Real" qarşılaşması qonaqların 2:0 hesablı qələbəsi il başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/326116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR