Dünya şöhrətli müğənni Teylor Svift 2015-ci ildə albom satışından 73.5 milyon dollar gəlir əldə edib.

Milli.Az bildirir ki, bu barədə xəbəri məşhur "Billboard" jurnalı yayıb. Məlumata görə, müğənni ötən il 1989 albomu ilə 74 milyon dollara yaxın pul qazanıb.

Qeyd edək ki, məşhur müğənnilərdən Adel isə 20.5 milyon dollar gəlirlə siyahıda 9-cu olub.

Milli.Az