ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) şok etirafla çıxış edib. ANS PRESS-in məlumatına görə, CIA rəsmiləri xüsusilə 1950 – 60-cı illərdə bütün dünyanı lərzəyə gətirən UNO-ların (Uçan Naməlum Obyekt) quruma aid cəsus təyyarələr olduğunu açıqlayıb.
Bu etiraf, quruma aid tvitter səhifəsində, “1950-ci illərdə göy üzündə baş verən qəribəliklər: o biz idik” – (Reports of unusual activity in the skies in the '50s? It was us) şəklində qeyd edilib.
Yadplanetlilər hesab olunan həmin cismlərin “U-2” təyyatələri olduğu bildirilib.
““U-2” cəsus təyyarələri 60 min fut (18 km) hündürlükdə uçuş təcrübəsi aparırdı. O günün şərtlərinə görə, bu hündürlükdə uçuş imkansız hesab olunurdu. Açıq gözlə görünən təyyarələr, “UNO” iddiaları yaradırdı”.