İstanbul, 23 fevral, AzərTAc
Azərbaycanın Türkiyədəki səfirliyi və Ankarada fəaliyyət göstərən Qazi Universiteti birgə reallaşdırdıqları “Hər kəs yuxuda ikən Anadoludan Qafqazadək erməni zülmü” adlı beynəlxalq afişa müsabiqəsinə təqdim olunan əsərlərin fotolarından ibarət albom nəşr edilib.
Müsabiqədə iştirak edən 12 ölkədən 101 nəfərin 148 işindən 50-si alboma yerləşdirilib.
Səfir Faiq Bağırov və professor Alov Çakmakoğlu alboma ön söz yazıblar.
Fevralın 26-da Qazi Universitetində albomda yerləşdirilmiş 50 əsərdən ibarət sərginin rəsmi açılışı olacaq.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul