FIFA Konqresi Kosovo Futbol Federasiyasının (KFF) quruma üzv qəbul olunmasının lehinə səs verib. Fanat.az xəbər verir ki, bu barədə qərar FIFA-nın cümə günü Mexikoda keçirilən 66-cı konqresində qəbul olunub.
KFF 205 səsdən 141-ni əldə edib, 23 konqres üzvü buna qarşı çıxıb. Beləliklə, Kosovo FİFA-nın 210-cu üzvü olub və Rusiyada keçiriləcək Dünya çempionatı-2018-in seçmə mərhələsində iştirak etmək hüququ əldə edib.
Fanat.az




