Əməkdar artisti Şövqi Hüseynov "Report" açıqlamasaında deyib ki, "Hekayəti Molla İbrahimxəlil kimyagər" komediyasında baş rolu canlandıracaq.
O bildirib ki, indiyə qədər M.F.Axundovun dörd komediyasında rol ifa edib: "Musiqili Teatrda kimyagər obrazını ifa edəcəm. Allah qoysa, bu tamaşa alınsa, onda M.F.Axundovun altı komediyasından dördündə rol almış olacam. Qalır, iki komediya".
Əməkdar artist qeyd edib ki, Bundan əlavə Musiqili Teatrının rus bölməsində "Silva" tamaşası yenidən bərpa olunur. Həmin tamaşada rol almışam. Gənc Tamaşaçılar Teatrında isə "Mehmanxana sahibəsi" əsərini təhvil verdik".