[ 24 Fevral 2015 10:04 ]
Bakı – APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Nizamnaməsinin millətlərin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı hissəsinin gücləndirilməsini istəyib.
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, S. Lavrov bu təklifini BMT Təhlükəsizlik Şurasının fevralın 23-də keçirilən iclasında səsləndirib: “Hamı etiraf etməlidir ki, xalqların kənardan müdaxilə olmadan öz gələcəyini sərbəst müəyyən etmək hüququ var. Bununla əlaqədar təklif edirəm ki, beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsində nəzərdə tutulan müvafiq müddəaların gücləndirilməsi haqqında düşünək. Əsa diqqət dövlət hakimiyyətinin antikonstitusion yolla dəyişməsinin dəstəklənməsinin yolverilməzliyinə yönəlməlidir”.