Premyer Liqanın 38-ci turundan təxirə salınmış oyunda "Mançester Yunayted" evdə "Bournemout"u 3:1 hesabıyla məğlub edib. "Qırmızı şeytanlar" aktivindəki xalların sayını sayını 66-a yüksəltsə də, turnir cədvəlində həmşəhərliləri "Siti"dən top fərqinə görə geri qalaraq 5-ci olub. Buna baxmayaraq "United" Premyer Liqada 2013/14 mövsümündəki antirekordunu təkrarlayıb.

Goal.az xəbər verir ki, "manikunianlar" bu mövsüm 2 il əvvəl olduğu kimi cəmi 19 qələbə qazanıb. Bu isə klubun Premyer Liqa tarixində ən pis göstəricisidir. Komanda rəqib qapılarından 49 qol keçirib. İkinci Dünya Müharibəsindən sonra "qırmızı şeytanlar" 5-ci dəfə mövsümü 50-dən az qolla başa vurub. Analoji nəticələr 1973, 1974, 1989 və 1990-cı ildə qeydə alınmışdı. "Yunayted"in kapitanı Ueyn Runi mövsümü 8 qolla başa vurub. Bu, təcrübəli futbolçunun klubda keçirdiyi mövsümlər ərzində ən qeyri-məhsuldar nəticəsidir.

Milli.Az