İki gün davam edən iclasda qurumun 63-cü iclasının qərarlarının icrası, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu şəbəkələrinin istismar fəaliyyəti, bu dövrlər üzrə beynəlxalq istiqamətdə sərnişin kompleksinin fəaliyyəti, 2016-2017-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri, 2015-ci il üzrə konteynerlərin siyahıyaalınmasının yekunları, beynəlxalq daşınmalarda vahid pəncərə sisteminin və rəqabətə davamlı vahid tarif sisteminin tətbiqi məsələləri təsdiq edilib.
Bununla yanaşı, Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üçün xərclər Smetası, Dəmir yolu administrasiyalarının İnformasiya-hesablama mərkəzinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi Smetasının yerinə yetirilməsi və bu smetanın icrası üzrə yoxlamalarının yekunları da əsas müzakirə mövzusu olub.
İclasda dəmiryolu işinin təkmilləşdirilməsində fərqlənən MDB dəmiryolçularının bir neçəsi Şuranın Fəxri fərmanları ilə təltif edilib.
İclasın sonunda Şura üzvlərinin yekun protokolu imzalanıb.