Bakı. 21 May. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib.

"Bakcell Arena"da keçirilən qarşılaşmanın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri təyin olunub.
Penalti seriyasında Portuqaliya daha dəqiq oynayıb və Avropa çempionu adını qazanıb.