Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Ruslan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmənin hökmü ilə R.Abbasov 4 il şərti olaraq azadlıqdan məhrum edilib. Həbsdə olan R.Abbasov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə fevral ayında Bakıda baş verib. Bakı şəhər sakini İlqar Manaflıya bıçaqla xəsarət yetirmiş paytaxt sakini Ruslan Abbasov tutulub.
Milli.Az