İngiltərə millisinin Avropa çempionatına aparacağı heyət müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ötən mövsümü yaxşı keçirən Daniel Drinkuoter və Endryus Taunsend turnirdən kənarda qalıb. 18 yaşlı Markus Reşford isə karyerasında ilk böyük çempionata yollanacaq. Daniel Staric də vaxtında bərpa olunub və Fransaya gedəcək.
Qapıçılar: Co Hart, Freyzer Foster, Tom Hiton
Müdafiəçilər: Rayan Bertran, Qari Keyhill, Nataniel Klayn, Denni Rouz, Con Stounz, Kris Smollinq, Kayl Uolker
Yarımmüdafiəçilər: Dele Alli, Ross Barkli, Erik Dayer, Cordan Henderson, Adam Lallana, Ceyms Milnr, Rahim Sterlinq, Cek Uilşer
Hücumçular: Harri Keyn, Markus Reşford, Ueyn Runi, Daniel Staric, Ceymi Vardi
Milli.Az