"Borussiya" Dortmundun hücumçusu Pyer-Emerik Obameyanq 2015/16 mövsümündə Bundesliqanın ən yaxşı futbolçusu seçilib.
Goal.az xəbər verir ki, Almaniyanın Futbolçular İttifaqı tərəfindən keçirilən səsvermədə qabonlu forvard 19.7 % səs toplayıb. O, "Bayer"in oyunçusu Robert Levandovskini cüzi fərqlə (0.2%) qabaqlayıb. İlk üçlüyü Obameyanqın komanda yoldaşı Mxitaryan (12.6%) qapayıb.
Ötən mövsüm Bundesliqada 31 oyuna çıxan Obameyanq 25 qol və 5 məhsuldar ötürmənin müəllifi olub. Mövsümün ən sərrast futbolçusu Robert Levandovski olub. O, 32 oyuna 30 qol vurub.
Milli.Az