İngiltərənin futbol yığması Fransanın Şantiyi şəhərindədir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, AVRO-2016-ya qatılmış komandanın təhlükəsizliyinin təminatı ən yüksək səviyyədədir.
Roy Hocsonun çalışdırdığı, heyətində Ueyn Runi, Harri Keyn və Co Hart olan komanda Le-Burje hava limanından Şantiyiyə yollananda avtobusu fransız komandoslar müşayiət ediblər.
Təhlükəsizliyin belə təminatı AVRO-2016 zamanı İngiltərə yığmasına terror hücumları olacağı ehtimalı ilə bağlıdır.
Milli.Az






