Bakı, 25 fevral, AzərTAc
“Synergy Baku” velosiped komandasının üzvləri Xocalı soyqırımı qurbanlarını anıblar.
AzərTAc xəbər verir ki, heyətində Azərbaycan yığmasının 8 velosipedçisinin yer aldığı “Synergy Baku Cycling Project” komandasının üzvləri “Xocalıya ədalət” kampaniyasına qoşulublar.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanıb.