"100% Gənclər Şəhəri" layihəsi çərçivəsində Gəncədə gənclər üçün yaradılan şərait və infrastrukturu qiymətləndirən Avropanın 7 şəhərinin nümayəndəsi işlərinin yekunu olaraq şəhər rəhbərliyi ilə görüşüb.

Kəpəz TV (Region TV) xəbər verir ki, "Braqa - Avropa Gənclər Paytaxtı 2012" nümayəndəliyinin təşkilatçılığı və "Erasmus +" proqramının mailiyyə dəstəyi ilə həyata keçirilən layihənin iştirakçıları Gəncədə gənclərlə görüşüb, onların problemləri ilə maraqlanıblar. Şəhərlərdəki şəraitin Avropa Gənclər Paytaxtına uyğunluğu 100 ballıq sistem üzrə qiymətləndiriləcək.

Karlos Manuel De Souza - layihə rəhbəri: "Layihəmizdə iştirak edən 7 şəhərdən ikisi Riqa və Valensiya Avropa Gənclər paytaxtı deyil. Digər 5 şəhər isə müxtəlif vaxtlarda Avropanın gənclər paytaxtı seçilən Torino, Braqa, Kluj Napoka, Gəncə və Varnadır. 4 pilləli layihə çərçivəsində bu dəfə adıçəkilən şəhərlərin gəncləri ilə birgə 75%-lik gənclər şəhərinin kriteriyalarını müəyyənləşdirəcəyik".

Milli.Az