Bakıda Məxdumqulu Fəraqinin “Divan”ı nəşr ediləcək

18:02 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 18:00 ]

Bakı. Cavid Zeynallı - APA. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin “Divan”ını nəşr edəcək. İnstitutun direktor müavini Paşa Kərimovun APA-ya verdiyi məlumata görə, “Divan” transliterasiya və dilimizə tərcümə edilərək nəşrə hazırlanıb və təxminən 600 səhifədən ibarət olacaq. Kitabda Məxdumqulunun indiyə qədər çap olunmayan bir çox şeirləri də yer alacaq.

 

Kitaba Paşa Kərimov, İsmixan Osmanlı və AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli ön söz yazıb.

 

Nəşrin redaktoru İ. Həbibbəylidir.

 

Qeyd edək ki, 1733-cü ildə anadan olan Məxdumqulu Fəraqi təxəllüsü ilə şeirlər yazıb. Onun yaradıcılığı türkmən ədəbiyyatının inkişafında mühüm mərhələ hesab olunur. Məxdumqulunun yaradıcılığı Azərbaycan şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə ciddi təsir edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR