Bakı, 26 fevral, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Nərgiz Quliyeva “Avropa Nəşr-Mətbuat Evi” mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
AMEA-dan AzərTAc-a bildiriblər ki, N.Quliyeva bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin yetişdirilməsində səmərəli fəaliyyətinə, fəal ziyalı mövqeyinə, etnoqrafiya ilə bağlı apardığı uğurlu tədqiqatlarına, çoxsaylı elmi kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında göstərdiyi xidmətlərə görə layiq görülüb.